Səhiyyə Nazirliyi korrupsiyaya qarşı mübarizəni gücləndirir

Səhiyyə Nazirliyi korrupsiyaya qarşı mübarizəni gücləndirir

Səhiyyə Nazirliyində ölkəmizdə səhiyyə sahəsində korrupsiya hallarının qarşısının alınması məqsədi ilə xüsusi əmr imzalanıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 5 yanvar 2017-ci il tarixli tapşırığına əsasən qəbul edilən “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə” əmrdə Nazirliyin səlahiyyətli şöbə və sektor rəhbərlərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar neqativ hallar barədə əhalidən daxil olan şikayətlərin daha ciddi araşdırılması tapşırılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sənəddə Nazirliyin idarə və müəssisələrinin rəhbərlərinə göstəriş verilir ki, imtiyazlı əhali qruplarına və dövlət (tədbirlər) proqramları ilə əhatə olunan şəxslərə dərmanların buraxılmasına ciddi nəzarət təmin edilsin, tibbi fəaliyyətin bütün sahələrində şəffaflıq artırılsın. Həmçinin səhiyyə müəssisələrinə ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməsi, qanunvericiliyə uyğun olaraq dərman preparatlarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tibbi kadrların işə qəbulu və diplomdan sonrakı hazırlığı məsələlərinin həyata keçirilməsində şəffaflığın daha da artırılması üçün tədbirlər görülsün.
Əmrin müzakirəsi, icra mexanizminin hazırlanması məqsədilə Səhiyyə Nazirliyində müvafiq şöbələrin rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Tədbirdə əmrin əhəmiyyəti vurğulanıb, onun icrası üçün məqsədəuyğun olan addımlar müəyyənləşdirilib.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova