Ötən il “İnam” etimad xəttinə 500-dən çox zəng daxil olub
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində müasir psixoterapiyanın qabaqcıl metodlarından biri olan koqnitiv-davranış terapiya üzrə treninq keçirilib. Mərkəzin direktoru, professor Fuad İsmayılovun rəhbərliyi altında aparılan təlimlərdə paytaxtın bir sıra tibb müəssisələrindən 25 psixoloq və psixiatr iştirak edib.
Mərkəzdə fəaliyyət göstərən “İnam” etimad xətti barədə sualı cavablandıran Mərkəzin direktor müavini Rüstəm Salayev bildirib ki, bu etimad xətti sutka ərzində fəaliyyət göstərən iki telefondan – (012) 409-39-28 və (012) 566-50-61 nömrələrindən ibarətdir. O qeyd edib ki, ötən il bu xəttə 500-dən çox zəng daxil olub. Mərkəzin mütəxəssisləri böhranlı anlarında buraya müraciət edən insanlara yardım göstərir, konkret məsələlərdə vətəndaşlara kömək edərək onları ixtisaslaşdırılmış qurumlara, dövlət orqanları və təşkilatlarına istiqamətləndirirlər.