Uşaqların psixi sağlamlığı daim diqqətdə saxlanılır

Uşaqların psixi sağlamlığı daim diqqətdə saxlanılır

Son illər Azərbaycanda psixi sağlamlıq sahəsinin inkişafına, xüsusilə də uşaqların psixi sağlamlığına daha çox diqqət ayrılır. Səhiyyə Nazirliyinin bu sahədə gördüyü işlərin davamı olaraq, Psixi Sağlamlıq Mərkəzində “Uşaqlarda emosional və davranış pozuntuları” mövzusunda beşgünlük treninq keçirilib.
Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşan “Azərbaycanda yuvenal ədliyyə islahatı məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi” layihəsi çərçivəsində həyata keçirilən təlimin məqsədi həmin layihə üzrə yaradılmış “Ailəyə Yardım Mərkəzi"nin komandasına spesifik biliklər təqdim etməkdir.
“Psixiatriyada Qlobal Təşəbbüs” Beynəlxalq İctimai Birliyinin Gürcüstan nümayəndəliyinin əməkdaşları Nino Maxaşvili və Cana Cavaxişvili tərəfindən aparılan treninqdə iştirakçılar ehtiyacı olan ailələrə zəruri xidmətlər göstərmək üçün bilik və bacarıqlar əldə ediblər. Bu xidmətlər xüsusilə autizm spektrli xəstəliklərdən əziyyət çəkən uşaqlar və onların valideynləri üçün nəzərdə tutulub və təhlükəli davranış problemlərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova