“Antibiotiklərdən ehtiyatla istifadə edin”

“Antibiotiklərdən ehtiyatla istifadə edin”

Bu şüar altında Antibiotiklərdən səmərəli istifadə həftəsi keçirildi

Antibiotiklərdən yalnız peşəkar həkim və baytarların təyinatı əsasında, yalnız bakterial infeksiyaların müalicəsində istifadə etmək olar. Antibiotikləri “hər ehtimala qarşı” qəbul etmək, saxlamaq, yaxud digər şəxslərlə bölüşmək olmaz. Ümumdünya Səhiyyə Təşkilatı bütün üzv-ölkələri, səhiyyə sahəsindəki partnyorları, təhsil müəssisələrini və əhalini Antibiotiklərdən səmərəli istifadə həftəsində, antibiotiklərə qarşı dayanıqlılıq problemi haqqında məlumatlandırma kampaniyasında iştirak etməyə çağırır.
Bu barədə Səhiyyə Nazirliyinin təşkilatcılığı ilə Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Antibiotiklərdən səmərəli istifadə həftəsi ilə əlaqədar keçirilən maarifləndirici seminarda söz açılıb.
Səhiyyə Nazirliyinin, Bakı Sağlamlıq Mərkəzinin, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı Bakı nümayəndəliyinin əməkdaşlarının iştirak etdiyi tədbirdə qeyd olunub ki, belə bir həftənın keçirilməsində məqsəd antibiotiklərə qarşı rezistentlik kimi qlobal bir problemə dünya birliyinin diqqətini cəlb etmək və bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatları əhalinin geniş təbəqəsinin, səhiyyə işçilərinin və siyasi qərarlar verəcək şəxslərin nəzərinə çatdırmaqla bu prosesin yayılmasının qarşısını almaqdır.
2015-ci ilin may ayında Ümumdünya Səhiyyə Assambleyasının 68-ci sessiyasında antibiotik və digər dərman preparatlarına qarşı davamlı olaraq kəskinləşən dayanıqlılıq probleminin həlli üçün Qlobal Fəaliyyət Planı razılaşdırılıb. Bu planın əsas məqsədlərindən biri effektiv kommunikasiya, təhsil və tədris hesabına məlumatlandırmanın yaxşılaşdırılması və bu problemin daha dərindən dərk edilməsidir.
Kampaniyanın “Antibiotiklərdən ehtiyatla istifadə edin” şüarı bu preparatların qiymətli bir mənbə olduğunu, bunun üçün onların qorunmasının vacibliyini əks etdirir.
Kampaniyaya dəstək məqsədi ilə yerlərdə müxtəlif yardımçı materiallar da hazırlanıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova