Azərbaycan – Meksika səhiyyə əməkdaşlığının perspektivləri müzakirə edildi

Azərbaycan – Meksika səhiyyə əməkdaşlığının perspektivləri müzakirə edildi

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Oqtay Şirəliyev ölkəmizdə son illər səhiyyə sahəsində əldə edilən uğurlar və yeniliklər barədə, həmçinin Səhiyyə Nazirliyinin fəaliyyəti haqqında məlumat verib.
Səfir Xuan Rodriqo Labardini Meksikada təbabətin inkişafından və bunun sosial sektora müsbət təsirindən danışıb. Diplomat ölkəsində geniş təşəkkül tapmış tibbi turizmdən söhbət açaraq, bu sahənin həm tibb, həm də turizm sənayesindəki rolunu xüsusi vurğulayıb.
Tərəflər iki ölkənin əməkdaşlıq edə biləcəyi, təcrübə mübadiləsi üçün geniş imkanları olan tibb sahələri barədə müzakirələr aparıblar.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova