Tibb təhsili üzrə Azərbaycan – ABŞ əməkdaşlığı genişlənir

Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Bakı filialı ilə Amerika Birləşmiş Ştatları Texas Universiteti MD Anderson Xərçəng Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədi Azərbaycan tərəfdən BMDTU Bakı filialının rektoru, professor Əziz Əliyev, ABŞ tərəfdən MD Anderson Xərçəng Mərkəzinin layihələr direktoru Karen Virciniya Frensis imzalayıblar.
Əməkdaşlıq müqaviləsinə müvafiq olaraq, İ.M.Seçenov adına BMDTU Bakı filialının tələbələri MD Anderson Xərçəng Mərkəzində klinik ixtisaslar üzrə praktiki rotasiya keçə biləcəklər.
Qeyd edək ki, Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzi 1971-ci ildə ABŞ-ın Xərçəng tədqiqatları üzrə Milli Proqramına uyğun olaraq təsis edilmiş üç tammiqyaslı xərçəng araşdırmaları mərkəzindən biridir və ABŞ-ın analoji müəssisələri arasında birinci yeri tutur. Akademik dərəcələr vermək hüququna malik Mərkəz həm klinik fəaliyyət, həm də tədqiqat işləri ilə məşğuldur.
Xəbəri paylaş