Respublika Diaqnostika Mərkəzində yeni kampaniyaya start verilir

Respublika Diaqnostika Mərkəzində (RDM) 2016-cı il iyul ayında pulsuz sirkumsiziya (sünnət) kampaniyası keçiriləcək. İyulun 1-dən etibarən bir ay ərzində RDM-də yeni doğulan bütün oğlan uşaqları ödənişsiz sünnət olunacaq.
Əməliyyatlar RDM-in həkim-uroloqu, təcrübəli cərrah Araz Hüseynov tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, hər zaman əhalinin sağlamlığının keşiyində dayanan Respublika Diaqnostika Mərkəzində analoji kampaniyalar artıq ənənəvi hal alıb.
RDM yenicə övladı doğulmuş valideynləri bu kampaniyadan faydalanmağa çağırır.
Xəbəri paylaş