Rayon xəstəxanaları ən müasir avadanlıqlarla təmin olunub

Rayon xəstəxanaları ən müasir avadanlıqlarla təmin olunub

Səhiyyə Nazirliyi Göyçay, Ağdaş və Ucar rayonlarındakı tibb müəssisələrinə jurnalistlər üçün tur təşkil edib.
Tədbir regionlardakı tibb müəssislərində yaradılmış şərait, görülən işlər və əldə olunmuş nailiyyətlər barədə ictimaiyyət nümayəndələrini məlumatlandırmaq məqsədi daşıyıb.
Mətbuat nümayəndələri tibb müəssisələrində yaradılan şəraitlə yaxından tanış olublar, həkim və pasiyentlərlə söhbət ediblər. Jurnalistlərə məlumat verilib ki, son 10 ildə Azərbaycanda yeni tikilən və ya əsaslı təmir olunan 600-ə yaxın səhiyyə müəssisəsi müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Səhiyyə sektoruna xüsusi diqqət ayıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük səhiyyə ocaqlarının, mərkəzi rayon xəstəxanalarının açılışında şəxsən iştirak edir və öz xeyir-duasını verir.
Bu gün ölkəmizdə regionların inkişafı uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın icrası sayəsində hazırda bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri də yüksək səviyyədə avadanlıqla, dərman preparatları və sərfiyyat materialları ilə tam təmin olunub. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir.
Göyçay rayonunda olan mediatur iştirakçılarına məlumat verilib ki, əsaslı təmir və yenidənqurma işlərindən sonra 2015-ci ildə istifadəyə verilən Göyçay Rayon Mərkəzi Xəstəxanasına və poliklinikaya gün ərzində 1000-dən çox insan müraciət edir. Pasiyentlər bu tibb müəssisələrinə əsasən tənəffüs orqanlarında yaranan problemlər, ürək xəstəlikləri və şəkərlə bağlı üz tuturlar. Qonşu rayonlardan da xəstəxanaya müraciət edənlər olur. Xəstəxana ən müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunub. Laboratoriya analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib. Xəstəxana binası əsas, yoluxucu xəstəliklər və digər korpuslardan ibarətdir. Müalicə korpusunda qəbul, şüa-diaqnostika, rentgen, kompüter tomoqrafiyası, ginekologiya, urologiya, travmatologiya, terapiya, anesteziologiya-reanimasiya şöbələri, cərrahi əməliyyat bloku və laboratoriya sakinlərə tibbi xidmət göstərir.
Sonra Ağdaşa gələn jurnalistlərə bildirilib ki, bu rayonun 100 çarpayılıq Mərkəzi Xəstəxanası 2011-ci ildə istifadəyə verilib. Səhiyyə ocağı qəbul, təcili təxirəsalınmaz tibbi yardım, 60 yerlik hemodializ, diaqnostika, anesteziologiya və reanimasiya, cərrahiyyə, konsultativ poliklinika şöbələrindən, klinik laboratoriya və yardımçı binalardan ibarətdir. Təxminən 105 min yerli sakinə və 3400 məcburi köçkünə xidmət göstərən xəstəxanada müasir tibb avadanlıqları quraşdırılıb. Təcili yardım şöbəsinin özündə ayrıca reanimasiya və əməliyyat otaqları fəaliyyət göstərir. Tibb müəssisəsində ilk dəfə istifadəyə verilən hemodializ şöbəsinin imkanlarından yerli əhali ilə yanaşı, Mingəçevir şəhərinin, Yevlax, Goranboy, Zərdab, Göyçay və Ucar rayonlarının dializ qəbul edən xəstələri də yararlanırlar. Hazırda 61 xəstə hemodializ qəbul edir.
Ucar Rayon Mərkəzi Xəstəxanasında isə tur iştirakçılarına məlumat verilib ki, 110 çarpayılıq səhiyyə ocağında cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya şöbələri, konsultativ poliklinika, perinatal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası var. Bura tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təchiz olunub.


Xəbəri paylaş




Avqust 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova