Səhiyyə Nazirliyi tibb işçilərini təltif etdi

Səhiyyə Nazirliyi tibb işçilərini təltif etdi

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Tibb İşçiləri günü münasibətilə əməkdə fərqlənən bir qrup səhiyyə işçisinin təltif edilməsi barədə iki əmr imzalayıb.
Aşağıda adları çəkilən şəxslər əməkdə xüsusi xidmət və nailiyyətlərinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif ediliblər:
1. Abduləlimov Eldar Ruslan oğlu – Respublika Talassemiya Mərkəzinin şöbə müdiri
2. Bayramov Bayraməli Süleyman oğlu – Biləsuvar rayonu Nərimankənd Həkim Məntəqəsinin müdiri
3. Cəfərəliyev Xəlil Əmir oğlu – Naxçıvan Muxtar Respublikası Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi
4. Cəfərova Sevda Şirin qızı – “Medi Club” MMM-nin direktoru
5. Xəlilova Xatirə Səyyaf qızı – Bakı şəhəri 25 nömrəli Şəhər Poliklinikasının baş həkimi
6. İsgəndərova Könül Ələsgər qızı – S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasının laboratoriya müdiri
7. İsmayılov Vahid Əvəz oğlu – Göygöl Rayon Mərkəzi Xəstəxanasının şüa diaqnostikası üzrə həkimi
8. İsmizadə Yusif Yahya oğlu – Respublika Endokrinoloji Mərkəzinin direktoru
9. Kazımov Seymur Güləhməd oğlu – Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin müəllimi
10. Qədimov Məhərrəm Baxşəli oğlu – Naxçıvan Muxtar Respublikası Şərur rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru
11. Mustafayev İlqar Almas oğlu – Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun bölmə müdiri
12. Mustafayev Musa Kamal oğlu – Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin “Zuğulba” İqamətgahının tibbi xidmət şöbəsinin müdiri
13. Məmmədov Mamuka Otaroviç – Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin sektor müdiri
14. Nəzərova Təranə Karl qızı – Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin aparıcı məsləhətçisi
15. Salmanova Gülsüm Salman qızı – Zərdab Rayon Mərkəzi Xəstəxanasının sahə həkimi-pediatrı
16. Şərifova Leyla Rauf qızı – Bakı şəhəri 5 nömrəli Şəhər Poliklinikasının baş həkimi
17. Şükürov Şaiq Bəhmən oğlu – Füzuli rayonu Horadiz Şəhər Xəstəxanasının baş həkimi

Səhiyyə nazirinin digər əmri ilə əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səmərəli fəaliyyətlərinə görə aşağıdakı tibb işçiləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif ediliblər:
1. Abdullayeva Nəzakət Vaqif qızı – S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasının laboratoriya müdiri
2. Ağayeva Aida Ənvər qızı – Milli Onkologiya Mərkəzinin böyük tibb bacısı
3. Bayramova Liya Vladimirovna – Səhiyyə Nazirliyi Səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırılması şöbəsinin müdir müavini
4. Cəfərov Raqif Cəfər oğlu – Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun müdiri
5. Əzizov Seyidəzim Əziz oğlu – Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş aşpazı
6. Haqverdiyev Bəxtiyar David oğlu – Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi
7. Qəhrəmanov Fəxrəddin Həsən oğlu – Naxçıvan Muxtar Respublikası Culfa rayon Saltaq Kənd Həkim Ambulatoriyasının baş həkimi
8. Mahmudova Günel Arif qızı – Səhiyyə Nazirliyi Maliyyə-iqtisadiyyat şöbəsinin müdir müavini
9. Novruzova Bahar Novruz qızı – Səhiyyə Nazirliyi Maliyyə-iqtisadiyyat şöbəsinin baş mütəxəssis - böyük inspektoru.





İYUN-2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova