Naxçıvanda şəkərli diabet üzrə konfrans keçirilib

Şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir. Hər il yer üzündə qeydə alınan ölüm hallarının 5 faizi məhz şəkərli diabet nəticəsində baş verir. Ona görə də bu xəstəliklə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindəndir.
Bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın müasir problemləri” mövzusunda keçirilən elmi-praktik konfransda danışılıb.
Toplantıda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova muxtar respublikada səhiyyə sisteminin inkişafından, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsindən, infrastrukturun yenidən qurulmasına dövlət qayğısından, həkimlərin peşə bacarığının yüksəldilməsi üçün elmi-praktik konfransların əhəmiyyətindən danışıb.
Tədbirdə endokrinoloq mütəxəssislər şəkərli diabetlə bağlı müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Muxtar respublikanın tibb müəssisələrində çalışan endokrinoloq, terapevt, pediatr, nevroloq, cərrah, ginekoloqların, rezidentlərin və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin iştirak etdiyi konfransda müzakirələr aparılıb, suallar cavablandırılıb, tədbir iştirakçılarına kitabça və bülletenlər paylanılıb.
Ü.Fərzəliyeva
Xəbəri paylaş











