Neonatal skrininq proqramına start verilib

Neonatal skrininq proqramına start verilib

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Səhiyyə Nazirliyi yenidoğulmuşların sağlamlığının mühafizəsi istiqamətində davamlı tədbirlər görür. O cümlədən, anadangəlmə inkişaf qüsurları olan körpələrin erkən aşkarlanması və müalicəsinin təşkili məqsədilə neonatal müayinələr (skrininqlər) aparılır.
Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin 16 mart 2016-cı il tarixli sərəncamına əsasən, anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası və ixtisaslaşmış tibb müalicə mərkəzlərinə yönləndirilməsi məqsədilə, Dövlət Proqramı çərçivəsində xüsusi neonatal skrininq proqramına start verilib. Müayinələr Respublika Perinatal Mərkəzi, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Respublika Uşaq Xəstəxanası və 3 nömrəli Şəhər Klinik Xəstəxanasında aparılır. Skrininq zamanı həmin tibb müəssisələrində anadangəlmə ürək qüsurlarına yoxlamaq məqsədilə uşaqlara və yenidoğulmuş körpələrə "skrininq nəbz oksimetriyası" olunur, ürək qüsuru, xüsusilə də kritik ürək qüsuru müəyyən edilmiş körpələrin konservativ və ya cərrahi müalicəsi üçün kardioloqlar, neonatoloqlar və kardiocərrahların nəzarəti altında müvafiq tədbirlər görülür.
Pilot proqram səciyyəsi daşıyan neonatal skrininq müayinələri "Rostropoviç – Vişnevskaya Fondu"nun Azərbaycan nümayəndəliyinin dəstəyi, beynəlxalq və milli mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Bu proqram çərçivəsində həmçinin neonatoloqlar, reanimatoloqlar, pediatrlar, uşaq kardioloqları və tibb bacıları üçün neonatal kardiologiyaya dair xüsusi təlim kurslarının təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, ana və uşaq sağlamlığı üzrə ölkəmizdə həyata keçirilən dövlət proqramları çərçivəsində bütün aidiyyətli dövlət tibb müəssisələri – perinatal mərkəzlər, qadın məsləhətxanaları, doğum evləri və poliklinikalar anadangəlmə inkişaf qüsurlu körpələrin erkən aşkarlanması, onların müalicəsinin, o cümlədən cərrahi müalicəsinin və sonradan tibbi reabilitasiyasının təşkili üçün lazımi fetal və perinatal diaqnostika avandalıqları ilə təchiz edilib.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova