İmmunoprofilaktika üzrə genişmiqyaslı tədbirlər görülür

İmmunoprofilaktika üzrə genişmiqyaslı tədbirlər görülür

Bir sıra ölkələrdə, o cümlədən qonşu dövlətlərdə müşahidə edilən epidemioloji gərginliyə baxmayaraq, Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan genişmiqyaslı və səmərəli tədbirlər sayəsində dayanıqlı epidemioloji sabitlik təmin olunub. Bu ilin 4 ayı ərzində ölkəmizdə yenidoğulmuşların 96,9 faizi vərəm əleyhinə (BCJ), 98,8 faizi hepatit B (HepB), 97,0 faizi poliomielit (OPV3) peyvəndi ilə əhatə edilib. Bir yaşadək uşaqların 95,1 faizi göyöskürək, difteriya, tetanus, B tipli hemofil infeksiya və hepatit B əleyhinə beşvalentli GDTHibHepB3 peyvəndi, 96,5 faizi OPV3 peyvəndi, 95,0 faizi pnevmokok infeksiyası əleyhinə Pk peyvəndi alıb.
Bu barədə Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda ölkəmizdə uşaqların peyvəndlə əhatə olunması məsələsinə həsr edilən mətbuat konfransında məlumat verilib.
Tədbirdə İnstitutun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva çıxış edərək, yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklərdən ölüm və əlillik hallarının azaldılması üçün uşaqların peyvənd təqvimi əsasında vaxtında peyvənd olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Qeyd olunub ki, hər hansı səbəbə görə milli peyvənd təqviminə müvafiq immunlaşdırmadan kənarda qalan uşaqlar aprelin 25-dən 30-dək keçirilən immunlaşdırma həftəsi ərzində vaksinasiya ilə əhatə olunublar. O cümlədən 326 uşaq vərəm əleyhinə BCJ vaksini, 1439 nəfər difteriya, göyöskürək və tetanus əleyhinə GDT, 1356 uşaq difteriya və tetanus əleyhinə DT, 4145 nəfər poliomielit əleyhinə OPV, 2718 uşaq qızılca, məxmərək və epidemik parotit əleyhinə QPM, 175 nəfər B viruslu hepatit əleyhinə HepB, 3100 uşaq beşvalentli GDTHibHepB, 2555 nəfər onvalentli konyuqasiya olunmuş pnevmokok vaksini, 1712 uşaq A vitamini alıb. Qızılca və məxmərək xəstəliklərinin eliminasiyası tədbirlərinin gücləndirilməsi məqsədi ilə immunlaşdırma həftəsi ərzində uşaqlarla yanaşı, peyvənd almayan yaşlı insanlar arasında da immunlaşdırma işləri aparılıb. Onlardan 119 nəfər qızılca və məxmərək əleyhinə QM peyvəndi alıb.
Toplantıda baş pediatr Nəsib Quliyev deyib ki, Azərbaycanda peyvənd təqviminin genişləndirilməsi, uşaqlara yeni peyvəndlərin vurulması ilə bağlı daim iş aparılır. 2016-cı ilin fevral ayından inaktivləşdirilmiş poliomielit vaksininin tətbiqinə başlanılıb. Bu dövr ərzində ölkə üzrə bu peyvəndlə əhatə olunma göstəricisi 85% təşkil edib. Gələcəkdə ölkəmizdə suçiçəyinə, meningit və rotavirusa qarşı peyvəndlərin vurulması da nəzərdə tutulub. Azərbaycanda bütün peyvəndləmə işinin tamamilə dövlət hesabına aparıldığını xatırladan professor N.Quliyev diqqətə çatdırıb ki, bu gün ölkədə vaksin çatışmazlığı yoxdur.
Mətbuat konfransında uşaqların peyvəndlərə cəlb olunması ilə bağlı təbliğatın vacibliyi də vurğulanıb.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova