Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində uşaqlarla görüşüb, burada yaradılmış reabilitasiya kurslarının gedişi ilə maraqlanıb.
2013-cü ildən fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Burada müxtəlif fənlər üzrə məktəbəqədər hazırlıq kursu, kompüter, loqoped, valideyn otaqları, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Mərkəzdə həmçinin heykəltəraşlıq, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir.
Dərnək və əyləncə otaqlarında, hazırlıq kurslarında olan Leyla Əliyeva Mərkəzin “Dəcəllər” teatrının hazırladığı tamaşaya baxıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva həmçinin Nəsimi rayonundakı 1 nömrəli Körpələr Evində olub, burada tərbiyə alan balaca sakinlərə baş çəkib.
Xəbəri paylaş