Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı açılıb

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı açılıb

Gəncədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) filialının açılışı münasibətilə elmi konfrans keçirilib.
Açılış mərasimində əvvəlcə qonaqlar MOM Gəncə filialında yaradılan şəraitlə tanış olub, cərrahiyyə blokluna, laboratoriyalara və optika aptekinə baxış keçiriblər. Məlumat verilib ki, yeni yaradılan tibb müəssisəsi üçün ayrılmış tarixi tikilidə əsaslı yenidənqurma və təmir işləri aparılıb. Ən müasir tibbi avadanlıqlarla təchiz edilən Mərkəzdə 30 nəfərə yaxın tibbi personal xəstələrin sağlamlığının keşiyində dayanacaq.
MOM Gəncə filialında müxtəlif göz patologiyalarından əziyyət çəkən xəstələrə, o cümlədən uşaqlara yüksək ixtisaslı oftalmoloji yardım göstərilməsi, göz xəstəliklərinin konservativ, cərrahi və lazer müalicəsi üçün tam şərait yaradılıb.
Səhiyyə ocağının açılışı münasibətilə Heydər Əliyev Mərkəzində elmi konfrans keçirilib. Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov görkəmli alimin həyatı və elmi-ictimai fəaliyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, Zərifə xanım Əliyeva nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ məkanında oftalmologiya sahəsinin inkişafına sanballı töhfələr verib. Onun monoqrafiyaları, elmi məqalələri bu gün də öz aktuallığını saxlayır və tədris vəsaiti kimi istifadə olunur.
Konfransda “Azərbaycanda qlaukomalı xəstələrin dispanserizasiyası”, “Yerli steroid preparatlarının uzun müddət istifadəsi nəticəsində buynuz qişasının travmatik zədələnmələrinin fəsadları”, “Arxa polyar kataraktanın cərrahi müalicəsi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova