Qanvermə aksiyaları geniş vüsət alıb

Qanvermə aksiyaları geniş vüsət alıb

Səhiyyə Nazirliyi irsi qan xəstələrinin və qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə edilmək üçün Bakıda və regionlarda könüllü qanvermə aksiyalarının təşkilini davam etdirir.
Aprel ayında cəbhə xəttində Ermənistanın təxribatları ilə əlaqədar olaraq hərbi əməliyyatların yenidən başlaması bu məsələni daha da aktuallaşdırıb. İndi bütün qanvermə aksiyaları yaralı hərbçilərə kömək şüarı altında keçirilir. Səhiyyə Nazirliyi B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankından və Müdafiə Nazirliyi Baş Klinik Hospitalının Qan Bankı bölməsindən kifayət qədər qan ehtiyatının olduğunu bildirsələr də, könüllü donorların qan bağışlamaq əzmi səngimir.
Son bir ay ərzində Bakının Pirallahı rayonundakı 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında, Azərbaycan Tibb Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, həmçinin paytaxtın Nəsimi, Qaradağ və digər rayonlarında qanvermə aksiyaları keçirilib. Böyük ruh yüksəkliyi və kütləviliklə keçən aksiyalarda minlərlə donor qan verib.
Onu da qeyd edək ki, Mərkəzi Qan Bankı cəbhə bölgələri üçün tələb olunan qan ehtiyatının lazımınca təmin edildiyini bildirib. Vurğulanıb ki, sosial şəbəkələrdə qan çatışmazlığı ilə bağlı yayılan elanların heç bir əsası yoxdur. Mərkəzi Qan Bankının qan ehtiyatlarının tükənmə riski olarsa, ölkə ictimaiyyətinə bununla bağlı rəsmi müraciət ünvanlanacaq.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova