Əhalinin kütləvi müayinələri davam edir

Əhalinin kütləvi müayinələri davam edir

Əhalinin sağlamlığının qayğısına qalan Azərbaycan Respublikası Prezidentinin hər bir vətəndaşın ildə azı bir dəfə profilaktik müayinələrdən keçməsi barədə məsləhətini əsas tutaraq, son illərdə bütün ölkə üzrə əhalinin kütləvi müayinələri təşkil edilir.
Bu il də fevral ayının 15-dən etibarən Azərbaycanın bütün şəhər və rayonlarında müayinə kampaniyası keçirilir. Bu məqsədilə yerlərdə bir sıra tədbirlər görülüb, xüsusi komissiyalar, həkim briqadaları yaradılıb.
Tibbi aksiyada iştirak edən vətəndaşlar ilkin, profilaktik baxışdan keçirildikdən sonra, ehtiyacı olanlar daha dərin müayinələrə və müalicəyə cəlb olunurlar. Əsasən terapevt, cərrah, nevropatoloq, oftalmoloq və başqa ixtisaslı həkimlərin göstərişi üzrə rentgen-flüoroqrafik, elektrokardioqrafik və digər müayinələr həyata keçirilir.
Əhalinin kütləvi tibbi müayinəsi may ayının 15-dək davam edəcək.


Xəbəri paylaş




Avqust 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova