Culfada yeni həkim ambulatoriyası istifadəyə verildi

Culfada yeni həkim ambulatoriyası istifadəyə verildi

Naxçıvan Muxtar Respublikasında aparılan kompleks quruculuq işləri, kəndlərdə yeni sosial obyektlərin yaradılması insanların rahat yaşayışı üçün geniş imkanlar açır. Muxtar Respublikada tibbi xidmətin təşkilinə və əhalinin sağlamlığının etibarlı qorunmasına xüsusi diqqət yetirilir.
Bu fəaliyyətə bir nümunə kimi, Culfa rayonunun Saltaq kəndində Saltaq Kənd Həkim Ambulatoriyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, səhiyyə ocağı ilə tanış olub.
Binada aptek, palata, stomatoloji kabinə, qeydiyyat, doğuş, peyvənd, manipulyasiya, inzibati və digər otaqlar yerləşir. Ambulatoriya yeni tibbi avadanlıqlarla və dərman vasitələri ilə təmin olunub. Bildirilib ki, ambulatoriyanın həkim və tibb işçiləri yaradılan şəraitdən istifadə edərək sakinlərin sağlamlığını bundan sonra da etibarlı qoruyacaqlar.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova