26 mart Ümumdünya Epilepsiya xəstələri günüdür

26 mart Ümumdünya Epilepsiya xəstələri günüdür

Epilepsiya dünyada ən çox yayılmış nevroloji xəstəliklərdəndir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il Yer üzündə 2,5 milyon nəfərdə epilepsiya ilə yeni xəstələnmə faktı aşkar edilir.
Problemin aktuallığına diqqət çəkmək məqsədi ilə 2008-ci ildən etibarən martın 26-sı dünyada Epilepsiya Xəstələri günü və ya Bənövşəyi Gün kimi qeyd olunur. Bu tarixdə məlumatlandırıcı, xeyriyyəçilik, humanitar tədbirlər keçirilir, hər kəs epilepsiyalı insanlara öz dəstəyini ifadə etmək imkanı əldə edir.
Beyinin xroniki xəstəliyi olan epilepsiya bütün bədəndə və ya bədənin hansısa hissəsində qısamüddətli, təkrik olunmamış qıcolmalar şəklində meydana çıxır. Tarix boyu bu xəstəlikdən Makedoniyalı İsgəndər, Yuli Sezar, Napoleon Bonapart, Aligyeri Dante, Alfred Nobel və digər məşhurlar əziyyət çəkiblər.
Müxtəlif ölkələrdə əhalinin hər 100 min nəfəri arasında 20-53, inkişaf etməkdə olan ölkələrdə 100-190 epilepsiyaya tutulma halına rast gəlinir. Azərbaycanda isə bu göstərici 25-dən 83-dək təşkil edir.
Hazırda dünyada 50 milyondan çox, Azərbaycanda isə 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir.
Son 15 ildə ölkəmizdə epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb. İlk növbədə, xəstəliyin epidemiologiyası, nozoloji və semioloji strukturu, xəstələrin həyat keyfiyyəti və s. məsələlər tədqiq edilib. Həmçinin epilepsiyanın mövcud qeydiyyat sisteminin, diaqnostikanın keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılıb.
Ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Xəstələr tibbi yardım və birinci nəsil antiepileptik dərmanlarla dövlət hesabına təmin olunur, onlara əlilliyə görə müavinət ayrılır. Diaqnozun təyinində və differensiasiya olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyaları təşkil edilir, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onlar daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətində saxlanır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova