Şəkərli diabetə dair yeni əmr verildi

Şəkərli diabetə dair yeni əmr verildi

Səhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı əmr imzalayıb.
Sənəddə adıçəkilən Dövlət Proqramı çərçivəsində həmin illər üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət planı təsdiq edilir, həmçinin Fəaliyyət Planı üzrə işracı qurumların rəhbərlərinə nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətli həyata keçirilməsini təmin etmək, görülən işlər barədə Səhiyyə Nazirliyinə vaxtaşırı məlumat çatdırmaq və s. tapşırıqlar verilir.
Qeyd edək ki, “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədi ilə görüləcək tədbirlərin sırasına şəkərli diabet xəstələrinin vahid elektron registrini və məlumat bazasını təkmilləşdirmək, dərman preparatları və özünənəzarət vasitələri ilə təminatın monitorinqi üçün kompüter proqramını inkişaf etdirmək, xəstəliyin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsini genişləndirmək, xəstələri insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin etmək, pompa verilən uşaqların monitorinqini aparmaq və ləvazimatlarla təmin etmək, şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə tibb müəssisələrini qlükozalaşmiş hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin etmək kimi məsələlər daxildir.
Şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi, bölgələrdə “Diabetik pəncə” kabinetlərinin yaradılması, şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi, şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması da nəzərdə tutulub. Proqram çərçivəsində həmçinin bölgələrdə endokrinoloq, cərrah, oftalmoloq, nevropatoloq və ginekoloqların iştirakı ilə şəkərli diabetin fəsadlarının profilaktikası və müalicəsinə həsr olunmuş konfransların keçirilməsi, eləcə də bu xəstəlik üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakı da planlaşdırılır. Eyni zamanda, ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün şəkərli diabetin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili, bu xəstəliyin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqlərin, plakatların çapı, KİV vasitəsilə şəkərli diabetin profilaktikasına dair məlumatların verilməsi və s. tədbirlər də nəzərdə tutulur.

Ü.Fərzəliyeva


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova