Səhiyyə nazirinin Qazaxda səyyar qəbul günü oldu

Səhiyyə nazirinin Qazaxda səyyar qəbul günü oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanları rəhbərlərinin bölgələrdə keçirilən səyyar qəbul günləri qrafikinə əsasən, səhiyyə naziri Oqtay Şirəliyev Qazax rayonunda vətəndaşları qəbul edib.
Qazax Müalicə-Diaqnostika Mərkəzində keçirilən görüşdə nazir Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonlarının müraciət etmiş sakinlərinin – ümumilikdə 29 nəfər vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının məsul şəxslərinin iştirakı ilə araşdırılıb. Onların bəziləri yerindəcə həllini tapıb, digərlərinin həlli üçün müvafiq göstərişlər verilib.
Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyətli qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova