Əhalinin kütləvi müayinələri təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti ölkə əhalisinin sağlamlığının qayğısına qalaraq dəfələrlə məsləhət görüb ki, hər bir vətəndaş ildə azı bir dəfə profilaktik müayinələrdən keçsin.
Dövlət başçısının bu tövsiyəsini nəzərə alaraq, son illərdə bütün ölkə üzrə əhalinin kütləvi müayinələri təşkil edilir.
Bu il də fevral ayının 15-dən başlayan müayinə kampaniyası Azərbaycanın bütün şəhər və rayonlarında geniş vüsət alıb. Tibbi aksiyanı səmərəli təşkil etmək məqsədilə yerlərdə bir sıra tədbirlər görülüb, xüsusi komissiyalar, həkim briqadaları yaradılıb.
Vətəndaşlar ilkin, profilaktik baxışdan keçirildikdən sonra, ehtiyacı olanlar daha dərin müayinələrə və müalicəyə cəlb olunurlar. Əsasən terapevt, cərrah, nevropatoloq, oftalmoloq və başqa ixtisaslı həkimlərin göstərişi üzrə rentgen-flüoroqrafik, elektrokardioqrafik və digər müayinələr nəzərdə tutulur. Bəzi yerlərdə aksiya dövlət tibb müəssisələri ilə yanaşı, özəl müəssisələrdə də aparılacaq.
Əhalinin kütləvi tibbi müayinəsi may ayının 15-dək davam edəcək.
Xəbəri paylaş