ÜST İcraiyyə Komitəsinin 138-ci sessiyası

ÜST İcraiyyə Komitəsinin 138-ci sessiyası

2016-cı il yanvarın 25-dən 30-dək İsveçrənin Cenevrə şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin növbəti 138-ci sessiyası keçirilib.
ÜST-nin bu rəhbər qurumu səhiyyə sahəsində yüksək ixtisaslı ekspert sayılan, üçillik müddətə seçilən 34 üzvdən təşkil olunub. İcraiyyə Komitəsinin toplantısında bu ilin may ayında keçiriləcək Ümumdünya Səhiyyə Assambleyasının gündəliyi nəzərdən keçirilib və orada müzakirə olunacaq qətnamələrə baxılıb.
Sessiyada ÜST Baş direktoru Marqaret Çanın, İcraiyyə Komitəsinin Proqram, Büdcə və İnzibati komitələrinin, həmçinin regional komitələrin hesabatları dinlənilib.
ÜST Baş direktoru Marqaret Çan İcraiyyə Komitəsinə müraciətində Qərbi Afrikada Ebola qızdırması ilə bağlı vəziyyət haqqında məlumatı toplantı iştirakçılarının diqqətinə çatdırıb və virusun yenidən baş qaldırmasına imkan verilməyəcəyinə əminliyini ifadə edib. O, fövqəladə hadisələr üzrə yeni proqramı Komitə üzvlərinə təqdim edib və bu proqrama əsasən, xəstəlik alovlanmalarına və humanitar böhranlara ÜST-nin cavab tədbirlərinin necə dəyişəcəyini izah edib. Baş direktor həmçinin Davamlı İnkişaf Məqsədlərinin sağlamlıq üçün nəticələrini, eləcə də bütün dünyada insanların sağlamlığına təhlükə törədən bir sıra böyük böhranları müzakirə edib.
İcraiyyə Komitəsi 138-ci sessiyada ÜST-də islahatlar, qeyri-yoluxucu xəstəliklər, bütün ömür boyunca sağlamlığın möhkəmləndirilməsi, epidemiyalara hazırlıq, müşahidə və cavab reaksiyası, yoluxucu xəstəliklər, səhiyyə sistemləri kimi başlıca mövzuları nəzərdən keçirib. İclasda həmçinin maliyyə, idarəetmə, hüquqi və kadr məsələlərinə də baxılıb.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova