ÜST tüstüsüz mühit yaratmağa çağırır

ÜST tüstüsüz mühit yaratmağa çağırır

Siqaret çəkilməyən zonaların yaradılmasını nəzərdə tutan qanunlar əhalini tütün tüstüsünün təsirindən qorumağın yeganə səmərəli üsuludur. Təkrar tütün tüstüsünün səviyyəsi hətta aşağı olduqda belə, onun təsiri ətrafdakılar üçün təhlükəsiz deyil.
BMT-nin yaydığı xəbər bülletenində bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün Avropa dövlətlərini tüstüsüz mühit yaratmaq siyasətini rəhbər tutmağa və bununla da regionun tütündən azad zonaya çevrilməsini hədəf götürən Aşqabad Bəyannaməsini həyata keçirməyə çağırır.
ÜST-nin “Siqaret çəkməyən adamları tütün tüstüsündən necə qorumalı” mövzusunda araşdırmasında bildirilir ki, qurumun Avropa Regional Burosuna aid olan doqquz dövlətində artıq tüstüsüz mühit yaradılıb. Mütəxəssislərin rəyinə görə, bu ölkələrdə görülən tədbirlər əhali tərəfindən dəstəklənir və ictimai səhiyyə sisteminin möhkəmlənməsinə mühüm töhfə verir.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova