Kəngərlidə feldşer-mama məntəqəsi açılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Yurdçu kəndində həyata keçirilmiş quruculuq işləri ilə tanış olub.
Ali Məclisin Sədri bu işlərin tərkib hissəsi olaraq istifadəyə verilən Yurdçu Kənd Mərkəzinin də açılışında iştirak edib.
Mərkəzdə Yurdçu kənd feldşer-mama məntəqəsi üçün də 3 otaq ayrılıb.
Məntəqə lazımi dərman vasitələri, soyuducu, peyvənd və ilkin tibbi yardım çantaları ilə təmin olunub.
Məntəqə müdiri Gülnar Abbasova məlumat verib ki, yaradılan şərait kənddə ilkin tibbi xidmətin keyfiyyətli təşkilinə imkan verəcək. Tibb işçiləri hamilə qadınları və yeni doğulan körpələri qeydiyyata alır, onlar mütəmadi olaraq müayinədən keçirilir. Həmçinin uşaqlar arasında vaxtlı-vaxtında peyvənd işi aparılır.
Ali Məclisin Sədri kənddə səhiyyə maarifi işinin aparılması və tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Xəbəri paylaş