51 mindən çox könüllü qanvermə aksiyalarında iştirak edib

Səhiyyə Nazirliyi hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə edilmək üçün Bakıda və regionlarda könüllü qanvermə aksiyalarının təşkilini davam etdirir.
Bu ilin ilk doqquz ayı ərzində ölkə üzrə keçirilən qanvermə aksiyalarında 24 128 litrdən artıq qan tədarük olunub. Aksiyalarda 51 367 nəfər könüllü donor iştirak edib.
Noyabr ayında növbəti könüllü qanvermə aksiyası Abşeron Rayon Uşaq Poliklinikasında keçirilib.
Xəbəri paylaş