Azərbaycanda həkimlərin sayı açıqlanıb

Azərbaycanda həkimlərin sayı açıqlanıb

Hazırda ölkəmizdə 32 800 nəfər həkim var. Orta tibb işçiləri isə 56 100 nəfər təşkil edir.
Bu rəqəmlər Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” adlı rəsmi statistik məcmuəsində açıqlanıb.
Statistik rəqəmlər Azərbaycanda həkimlərin sayının artdığını göstərir. Belə ki, həkimlərin sayı 2001-ci ildə 29 min nəfər, 2006-cı ildə 30 600, 2012-ci ildə 31 400, 2013-cü ildə 32 300, 2014-ci ildə isə 32 400 nəfər olub.
Hazırda ölkəmizdə 566 xəstəxana fəaliyyət göstərir. Bu müalicə müəssisələrində cəmi çarpayı sayı 46 400-dür. Rəsmi nəşrdə bildirilir ki, 2001-ci ildə xəstəxanaların sayı 735, xəstəxana çarpayılarının sayı isə 69 900 olub. Xəstəxana və xəstəxana çarpayılarının sayının azalması səhiyyə sahəsində islahatların və mərkəzləşdirmənin həyata keçirilməsi ilə əlaqədardır.
Məcmuədə həmçinin ötən il Azərbaycanda aparılan cərrahiyyə əməliyyatlarının da sayı açıqlanıb. Bildirilir ki, 2014-cü ildə ölkəmizin xəstəxanalarında 238 100, ambulator-poliklinika müəssisələrində isə 102 100 cərrahiyyə əməliyyatı həyata keçirilib.
Statistik rəqəmlər cərrahiyyə əməliyyatlarının sayında da çoxalma müşahidə olunduğunu göstərir. Belə ki, 2013-cü ildə xəstəxanalarda 183 900, ambulator-poliklinika müəssisələrində isə 66 300 cərrahiyyə əməliyyatı yerinə yetirilmişdi.
Rəsmi nəşrdə bildirilir ki, keçən il cərrahiyyə əməliyyatı edilmiş xəstələrin sayı xəstəxanalarda 163 300 nəfər, ambulator-poliklinika müəssisələrində isə 71 700 nəfər təşkil edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova