Aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS bildirişlər göndərilir

Aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS bildirişlər göndərilir

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində Tarif Şurasının qərarlarına əsasən sentyabrın 15-dən qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə başlayıb. Bu məqsədlə ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib.
Bildirişlərdə aptek rəhbərlərinə Tarif Şurasının 30 iyul 2015-ci il tarixli qərarı ilə qiymətləri tənzimlənmiş 256 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin, reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır, adıçəkilən siyahıların www.pharma.az və www.medportal.az saytlarında yerləşdirildiyi qeyd olunur. Həmçinin aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkədə dövlət qeydiyyatından keçmiş bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır.
Analitik Ekspertiza Mərkəzindən bildirirlər ki, SMS məlumatlandırma kampaniyasının ikinci mərhələsi olaraq əhalinin məlumatlandırılmasına başlanacaq. Kampaniya çərçivəsində vətəndaşlara qeyd olunan saytlarda 24 saat işləyən növbətçi apteklərin siyahısı (adları, ünvanları, əlaqə telefonları) və digər faydalı məlumatlar veriləcək.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova