Pan Gi Mun: "Ana və uşaq ölümünə son qoyulmalıdır

Pan Gi Mun: "Ana və uşaq ölümünə son qoyulmalıdır

"Bizim mövqeyimiz aydındır: Bir nəsil çərçivəsində qarşısı alına bilən ana və uşaq ölümü hallarına son qoymaq lazımdır". Bunu "Hər bir qadın, hər bir uşaq" təşəbbüsünün maliyyələşdirilməsi üzrə Qlobal strukturun Əddis-Əbəbədə (Efiopiya) keçirilmiş təqdimatında BMT-nin baş katibi Pan Gi Mun bəyan edib.
Qurumun rəhbəri Qadınların və uşaqların sağlamlığının mühafizəsi üzrə Qlobal strategiya çərçivəsində elan olunmuş və 2010-cu ildə BMT Baş Assambleyasının sessiyasında bəyənilmiş "Hər bir qadın, hər bir uşaq" təşəbbüsü sayəsində bu günədək dünyada xeyli irəliləyişə nail olunduğunu söyləyib: "Biz milyonlarla həyatın xilasına kömək etmişik, siyasi dəstək almışıq və ayrılan vəsaitin artırılmasına nail olmuşuq. Ana və uşaqları mühafizə layihələrinə təqribən 34 milyard ABŞ dolları ayrılıb. 2010-cu ildən bəri təşəbbüsün əhatə etdiyi 49 ölkənin hər birində ana və uşaq ölümünün səviyyəsi aşağı düşüb".
Hazırda dünyanın bir çox ölkəsindən 300 tərəfdaşın bu təşəbbüsə qoşulduğunu qeyd edən Baş katib onların qadınların və uşaqların sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş 400 konkret öhdəlik qəbul etdiyini vurğulayıb.
Bununla belə, Pan Gi Mun təəssüflə bildirib ki, hələ də hər gün hamiləlik və doğuş zamanı yüzlərlə qadın vəfat edir. Bir çox körpələr həyatının ilk günlərində qarşısı alına bilən səbəblər üzündən tələf olurlar.
Sentyabrda qadınların, uşaqların və yeniyetmələrin sağlamlığının təmin edilməsi üzrə yenilənmiş Qlobal strategiya təqdim ediləcəyini söyləyən BMT rəsmisi ana və uşaqların xilas edilməsi layihələrinə sərmayə qoyulmasını “bizim nəslin mənəvi borcu” adlandırıb, bunun nəticə etibarilə yoxsulluğun azalmasına və iqtisadi məhsuldarlığın artmasına gətirib çıxaracağını vurğulayıb: “Hələlik özəl sektor ana və uşaqların sağlamlığının qorunmasına adekvat vəsait ayırmır. Bu gün maliyyələşmənin innovativ formaları, dövlət və özəl, milli və beynəlxalq mənbələrdən resurslar tələb olunur”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova