Azərbaycan donor ölkə kimi ÜST-nin layihələrində fəal iştirak edir

Azərbaycan donor ölkə kimi ÜST-nin layihələrində fəal iştirak edir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizə səfərə gələn Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakab ilə görüşüb.
Birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə ölkəmizi təbrik edən Jujanna Yakab Azərbaycanın son dövrlərdə uğurla inkişaf etdiyini, səhiyyə və sosial sahələrdə bir sıra uğurlar əldə olunduğunu deyib. O həmçinin Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində həyata keçirilən layihələrdə Azərbaycanın donor ölkə kimi fəal iştirak etdiyini, bu səbəbdən qurumun ölkəmizlə münasibətləri genişləndirmək niyyətində olduğunu diqqətə çatdırıb.
Azərbaycanın ÜST ilə sıx əməkdaşlıq etdiyini bildirən nazir Elmar Məmmədyarov bu qurumun bir sıra xəstəliklərlə mübarizədə ölkəmizə göstərdiyi yardımı yüksək qiymətləndirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova