Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ və Urologiya şöbələri açıldı

Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ və Urologiya şöbələri açıldı

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) əsaslı təmir və yenidənqurmadan sonra 15 çarpayılıq Hemodializ və 20 çarpayılıq Urologiya şöbələri istifadəyə verilib. Səhiyyə naziri Oqtay Şirəliyev yeni şöbələrlə tanış olub.
Hemodializ şöbəsində dializ avadanlıqlarının istehsalı üzrə dünya lideri olan “Fresenius Medikal Care AG” şirkətinin (Almaniya) 15 ədəd stasionar, 1 ədəd portativ kompyuterləşdirilmiş “süni böyrək” aparatları, Osmos yüksək sutəmizləyici qurğusu, dializ məhlulları hazırlamaq üçün mikser, tərəzi ilə təchiz edilən dializ yataqları və digər dializ avadanlıqları quraşdırılıb.
Aparıcı xəstəxanalardan biri olan MNX istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir. Burada insanların daha rahat və keyfiyyətli tibbi xidmət alması üçün bütün lazımi tədbirlər həyata keçirilir, mütəmadi olaraq Xəstəxananın şöbələri əsaslı təmir və son texnologiyalı tibbi avadanlıqlarla təmin olunur.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova