Trampdan parasetamolla bağlı xəbərdarlıq

Trampdan parasetamolla bağlı xəbərdarlıq

Hamiləlik zamanı parasetamol autizm riskini artırır?

ABŞ Prezidenti Donald Tramp hamiləlik zamanı taylenol preparatının istifadəsinin doğulacaq uşağın sağlamlığı baxımından təhlükəli ola biləcəyini deyib. Onun sözlərinə görə, araşdırmalar əsas tərkib hissəsi parasetamol olan bu preparatın autizmlə mümkün əlaqəsi ola biləcəyini aşkara çıxarıb. ABŞ Prezidenti bildirib ki, buna görə yaxın vaxtlarda bu ölkədə həkimlərə bu preparatı hamilə qadınlara təyin etməmək tövsiyə olunacaq.
Qeyd edək ki, parasetamol (digər adı asetaminofen) anilidlər qrupundan olan ağrıkəsici və qızdırma salıcı maddədir. O, təsiredici maddə olaraq bir çox dərman preparatının, o cümlədən taylenolun tərkibinə daxildir. ABŞ-də parasetamol hamilə qadınlara ağrı və qızdırma zamanı məsləhət görülən birinci sıra dərman olaraq istifadə edilib.
İndi isə son tədqiqatların nəticələrinə əsaslanan Donald Tramp Ağ Evdə çıxış edərkən hamiləlik zamanı parasetamol istifadəsinin uşaqlarda autizm riskini artırdığını bəyan edib. O əlavə edib ki, ABŞ-nin Qida və Dərman Nəzarəti İdarəsi (FDA) hamiləlik dövründə asetaminofenin qəbulunun uşaqlarda autizm riskini artıra biləcəyi barədə həkimləri məlumatlandıracaq. ABŞ Prezidentinin sözlərinə görə, əgər 20 il əvvəl ölkədə hər 10 min uşaqdan birinə autizm diaqnozu qoyulurdusa, hazırda bu inkişaf pozuntusu hər 31-ci uşaqda qeydə alınır. Bəzi ştatlarda, məsələn, Kaliforniyada isə autizm hər 12 oğlandan birində müşahidə olunur.
Tramp misal olaraq kənd yerlərində təcrid olunmuş şəkildə yaşayan amiş icmasını göstərib. Ağ Ev rəhbərinin əminliyinə görə, onlar parasetamoldan imtina etdikləri üçün autizm problemi ilə qarşılaşmırlar. Bundan əlavə, ABŞ prezidenti Kubada autizmin aşağı səviyyədə olduğunu bildirib, çünki bu ölkədə "parasetamol almağa pul yoxdur".
Amerika lideri vəd edib ki, ABŞ hakimiyyəti autizmə qarşı dərman tapacaq.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə parasetamolun autizmin inkişafına təsiri ilə bağlı aparılan araşdırmaların hələlik inandırıcı sübutlar ortaya qoymadığını açıqlayıb.
Təşkilatın rəsmi nümayəndəsi Tariq Yaşareviç bu barədə Cenevrədə keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, bəzi müşahidə xarakterli tədqiqatlar hamiləlik dövründə parasetamol qəbulunun autizmlə bağlı ola biləcəyinə işarə etsə də, əldə olunan nəticələr ziddiyyətlidir:
"Bu cür asılılığın mövcudluğunu təsdiqləmək üçün bir neçə müstəqil araşdırmada eyni nəticələr alınmalıdır. Hazırkı məlumatların təkrarlanmaması səbəbindən parasetamol və autizm arasında səbəb-nəticə əlaqəsi barədə iddialara ehtiyatla yanaşmaq lazımdır".
Yaşareviç həmçinin qeyd edib ki, hamilə qadınlar istənilən dərmanı qəbul edərkən, xüsusilə də hamiləliyin ilk trimestrində diqqətli olmalıdırlar.


Xəbəri paylaş




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova