“Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi” mövzusunda beynəlxalq konqres keçiriləcək

“Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi”  mövzusunda beynəlxalq konqres keçiriləcək

Mayın 4-5-də Bakıda “Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi” mövzusunda Azərbaycan uroloqlarının konqresi keçiriləcək. Azərbaycan Uroloqlar Assosiasiyası, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Milli Onkologiya Mərkəzinin təşkilati dəstəyi ilə reallaşacaq konqresdə Almaniya, Avstriya, Gürcüstan, Rusiya, Qazaxıstan və Türkiyənin uroloqları iştirak edəcək.
Konqresdə Avropa Uroloqlar Assosiasiyasının urotexnoloji bölümünün sədri, professor Yens Rassvailer urologiyada minimal invaziv əməliyyatların tətbiqinə dair məruzə ilə çıxış edəcək. Eyni zamanda, urologiyanın ən aktual problemlərinə dair məruzələr dinləniləcək və müzakirələr aparılacaq. Bundan başqa, konqres çərçivəsində qabaqcıl uroloqlar tərəfindən “ustad dərsi” (canlı cərrahiyyə) keçirilməsi nəzərə tutulur.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova