Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirilib

Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirilib

Azərbaycan 2007-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmək təşəbbüsündə iştirak edir. Avropa İmmunlaşdırma Həftəsi (AİH) təşəbbüsünün məqsədi, immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir.
İmmunlaşdırma həftəsi çərçivəsində Azərbaycanda qızılca və məxmərək peyvəndini almamış əksər yaşlı əhalinin bu xəstəliklərə qarşı immunlaşdırılması həyata keçirilib. Qızılca və məxmərək əleyhinə peyvənd rayonlarda mərkəzi xəstəxanaların poliklinika şöbəsinə, şəhərlərdə isə böyüklər üçün poliklinikalara paylanılıb.
Həftə ərzində poliomielitə qarşı inaktivləşdirilmiş peyvəndin (IPV) tətbiqinə hazırlıq işləri aparılıb, Bakı, Gəncə və Şəki şəhərlərində konfranslar keçirilib, tibb işçiləri üçün təlimat hazırlanıb və təlimlər aparılıb. İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunması hər bir ərazi tibb müəssisə tərəfindən təmin edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova