ÜST hamını qeysəriyyə əməliyyatından sui-istifadə etməməyə çağırır!

ÜST hamını qeysəriyyə əməliyyatından sui-istifadə etməməyə çağırır!

Son illər dünyada qadınların qeysəriyyə əməliyyatı vasitəsilə ana olması hallarının sayı xeyli artıb. Bəzən belə cərrahi müdaxiləyə qətiyyən ehtiyac olmur və bu əməliyyatlar qadınların, uşaqların sağlamlığı ilə bağlı ciddi problemlərə gətirib çıxara bilər.

BMT-nin Xəbərlər Mərkəzinin məlumatına görə, bu nəticə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni tədqiqatında yer alır. Ekspertlər bildirirlər ki, təbii doğum ananın, yaxud körpənin həyatı və sağlamlığı üçün təhlükə yaratdıqda qeysəriyyə əməliyyatı zəruri hesab edilir. Qeysəriyyə əməliyyatlarının bütün doğumların 10-15 faizini təşkil etməsi ideal göstərici hesab olunur.
Yeni tədqiqatların nəticələri göstərir ki, qeysəriyyə əməliyyatları 10 faizədək olduqda anaların və neonatal ölüm göstəriciləri azalır. Lakin bu rəqəm 10 faizdən çox olduqda həmin göstərici dəyişmir.
ÜST-nin reproduktiv sağlamlıq və elmi tədqiqatlar departamentinin direktoru Marlin Temmerman hesab edir ki, «bu nəticələr anaların və yeni doğulan körpələrin həyatını xilas etmək üçün qeysəriyyə əməliyyatının çox əhəmiyyətli olduğunu təsdiqləyir, həm də göstərir ki, sadəcə hər hansı konkret göstəricilərə can atmaq deyil, zərurət yarandıqda qadınların qeysəriyyə yolu ilə əməliyyat olunmasını təmin etmək lazımdır».
ÜST-də qeyd edirlər ki, zərurət olmadıqda qeysəriyyə əməliyyatına əl atmaq resursların itirilməsinə, yüklənmiş və zəif səhiyyə sistemlərinin işinin səmərəliliyinə təsir göstərə bilər. Bundan başqa cərrahi müdaxilə bəzən qadınların və uşaqların sağlamlığı və həyatı üçün ciddi nəticələr verə bilər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova