Nizami rayonunda 76 minə yaxın sakin tibbi müayinələrdən keçib

Nizami rayonunda 76 minə yaxın sakin tibbi müayinələrdən keçib

Prezident İlham Əliyevin fevralın 2-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı paytaxtın Nizami rayonunda da böyük ruh yüksəkliyi ilə icra olunur. Rayon əhalisinin tibbi müayinəsinin yüksək səviyyədə və mütəşəkkil təşkili məqsədilə Nizami Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülüb, müvafiq komissiya yaradılıb və xüsusi qrafik tərtib edilib.

Fevralın 2-dən aprelin 22-dək artıq 76 minə yaxın rayon sakininin tibbi müayinələrdən keçirilməsi təmin edilib. Müayinələr zamanı xəstəlik aşkarlanan 3 min 374 nəfər ambulator, 391 nəfər stasionar müalicəyə götürülüb. Ümumilikdə isə rayon üzrə 18 yaşdan yuxarı 116 mindən çox sakinin profilaktik müayinələrdən keçirilməsi nəzərdə tutulub.
Ölkə başçısının tapşırığının icrası ilə əlaqədar rayon rəhbərliyinin yanında idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin və rayon fəallarının iştirakı ilə müşavirə keçirilib. Müşavirədə səhiyyə müəssisələrinin rəhbərlərinə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıq verilib. Rayon sakinləri tibbi müayinə aksiyası barədə məlumatlandırılıblar. Hazırda sakinlər rayon ərazisində yerləşən 18 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında və 26 nömrəli Şəhər Poliklinikasında müayinə olunurlar.
Keşlə qəsəbəsindəki 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında sakinlər müayinələrdə mütəşəkkil qaydada iştirak edirlər. Vətəndaşlar qrafik əsasında qeydiyyata düşdükdən sonra terapevtlər tərəfindən yoxlanılır, sonra onlar laborator, elektrokardioqrafiya, ultrasəs və rentgen müayinələrindən keçirlər.
Xəstəxananın baş həkiminin müavini Mirzə Əsgərov bildirib ki, insanlar vaxtında həkimə müraciət etmədikdə onlarda gizli gedən xəstəliklər xroniki hala keçir. Bu da xəstəliyin müalicəsini çətinləşdirir. Dövlət başçısının bu humanist təşəbbüsü isə xəstəliklərin erkən aşkarlanmasında əvəzsizdir.
Qeyd edilib ki, qəsəbə üzrə sakinlərin tibbi müayinədən keçirilməsi məqsədilə xəstəxanada bütün lazımi işlər görülüb. Əhali tibbi müayinələrdə mütəşəkkil qaydada iştirak edir, illərlə həkimə gəlməyənlər bu aksiya çərçivəsində öz sağlamlıqları haqqında məlumat əldə edirlər.
Müayinədən keçənlər öz sağlamlıqları barədə məlumat əldə etdiklərinə görə Prezident İlham Əliyevin bu humanist addımından razılıqlarını bildiriblər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova