RDM-də ginekologiyanın aktual problemlərinə həsr olunan elmi-praktik konfrans
Respublika Diaqnostika Mərkəzində (RDM) ginekologiyanın aktual problemlərinə həsr olunan elmi-praktik konfrans keçirilib. Tədbirdə Mərkəzin baş həkimi, professor Rauf Ağayev ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatlardan danışıb. Belaruslu mütəxəssis Aleksandr Barsukov RDM-də əhaliyə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün yaradılan şəraitdən razılığını bildirib. Sonra müasir dövrdə ginekologiya sahəsində həyata keçirilən yeni müalicə metodları ilə bağlı məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş











