Səhiyyə Nazirliyi: Qrip əleyhinə peyvəndlərin Bakı üzrə paylanılması başa çatıb

Səhiyyə Nazirliyi: Qrip əleyhinə peyvəndlərin Bakı üzrə paylanılması başa çatıb

Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə ölkə ərazisinə qrip əleyhinə peyvəndlər gətirilib.
Vaksinlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb.
Məlumatda həmçinin bildirilir ki, hazırda peyvənd materiallarının ölkəmizin digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq.
Qeyd olunub ki, Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova