FHN daha bir neçə tibb müəssisəsində rentgen-müayinə fəaliyyətini məhdudlaşdırıb

FHN daha bir neçə tibb müəssisəsində rentgen-müayinə fəaliyyətini məhdudlaşdırıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında, Agentliyin əməkdaşları paytaxtın Səbail rayonundakı 33 nömrəli Şəhər Poliklinikasının 1-ci şöbəsindəki rentgen cihazına baxış keçiriblər. Cihazın istismarının məhdudlaşdırılması barədə qərar qəbul olunub.
Agentliyin Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirdiyi planlı yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair çoxsaylı faktlar aşkarlanıb. Bu pozuntularla əlaqədar tibb müəssisəsinin vəzifəli şəxsi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib edilərək inzibati tənbeh növü tətbiq olunub. Həmçinin nöqsanların aradan qaldırılması üçün müəssisəyə vaxt verilib. Bununla belə, həmin müddətdə nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.
Qeyd olunanları və radioloji fəaliyyətlə bağlı aşkarlanmış nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükəni nəzərə alaraq, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi qanunvericiliyin tələblərinə uyğun olaraq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rentgen kabinetlərinin fəaliyyətini dayandırıb.
Nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin olunması istiqamətində Agentliyin gördüyü zəruri tədbirlər çərçivəsində, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in müraciəti əsasında paytaxtın Xəzər rayonundakı 45 nömrəli Şəhər Poliklinikasında radiasiya təhlükəsizliyi ilə bağlı vəziyyətin qiymətləndirilməsi üçün baxış keçirilib.
Baxış zamanı poliklinikada mövcud vəziyyətin radiasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyi və “xüsusi icazə”nin alınmadığı nəzərə alınaraq, tibb müəssisəsinin balansında olan bir rentgenoqrafiya və bir portativ rentgen cihazının istismarının məhdudlaşdırılması barədə qərar qəbul olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova