ÜST-nin Azərbaycan nümayəndəliyinin heyəti Naxçıvana işgüzar səfər edib

ÜST-nin Azərbaycan nümayəndəliyinin heyəti Naxçıvana işgüzar səfər edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancının başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda üçgünlük səfərdə olub.
ÜST-nin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, səfər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə baş tutub.
Səfərin ilk günündə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar.
Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Daha sonra Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxovun başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüşdə ilkin səhiyyə, təcili tibbi yardım, laboratoriya, ictimai səhiyyə və tibb təhsili mövzuları ilə bağlı geniş müzakirələr aparılıb.
Qonaqlar həmçinin ilkin səhiyyə xidməti müəssisəsinə baş çəkib və yaradılan şəraitlə tanış olublar.
Səfər çərçivəsində ÜST-nin nümayəndə heyətinə muxtar respublikanın səhiyyə sistemində son aylarda həyata keçirilmiş islahatlar, tibbi xidmətin keyfiyyətinin artırılmasına yönəlmiş işlər, həmçinin yaxın zamanlarda reallaşdırılacaq layihələrlə bağlı məlumat verilib. Qonaqlar Naxçıvan şəhərində, Ordubad, Şərur və Babək rayonlarında yeni yaradılan Ailə Sağlamlıq mərkəzlərinə baxış keçiriblər, habelə Babək rayon Hacıvar kənd Feldşer-Mama Məntəqəsinə baş çəkiblər.
Müəssisələrin tibb işçiləri ilə görüşlər keçirilib, görülən işlərlə bağlı müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib. Ekspertlərə muxtar respublikada ailə sağlamlıq mərkəzlərinin yaradılmasının məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti son olaraq nazirliyin tabeliyində olan Duzdağ Fizioterapiya Mərkəzini ziyarət edib, orada yaradılan şəraitlə yaxından tanış olub.





Avqust 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova