AŞPA sessiyasında Azərbaycan səhiyyəsində görülən işlərdən danışılıb

AŞPA sessiyasında Azərbaycan səhiyyəsində görülən işlərdən danışılıb

İctimai səhiyyə ilə bağlı fövqəladə vəziyyət və bu sahəyə vahid yanaşma qloballaşan dünya üçün son dərəcə vacibdir. Azərbaycan ictimai səhiyyədə fövqəladə halların idarə edilməsində çoxtərəfliliyin və səhiyyəyə vahid yanaşmanın vacibliyini qəbul edir. Ölkə səhiyyə infrastrukturuna, o cümlədən müasir qurğulara və qabaqcıl tibbi avadanlıqlara sərmayə qoyur, xəstəliklərə nəzarət, onların qarşısının alınması və cavab tədbirləri üzrə Milli Mərkəzin yaradılması nəzarət imkanlarını gücləndirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Könül Nurullayeva qurumun yay sessiyası çərçivəsində “İctimai səhiyyədə fövqəladə vəziyyət: çoxtərəfliliyə və səhiyyəyə vahid yanaşma ehtiyacı” adlı məruzənin müzakirələri zamanı çıxışında deyib.
Millət vəkili bildirib ki, Azərbaycan yoluxucu xəstəliklərin səmərəli idarə olunması üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir, məlumatları bölüşür və ən yaxşı təcrübələri qəbul edir. Bu tədbirlər Azərbaycanın ictimai səhiyyə ilə bağlı fövqəladə halların həllinə hərtərəfli və çoxtərəfli yanaşmaya sadiqliyini nümayiş etdirir.
Azərbaycanlı deputat səhiyyə sistemlərinə sərmayə qoyulmasının, bu sahədəki infrastrukturun gücləndirilməsinin, tibbi avadanlıqların mövcudluğunun təmin edilməsinin və tibb işçilərinin potensialının artırılması üçün adekvat maliyyə ayrılmasının vacibliyini qeyd edib. Bu cür tədbirlərin böhran dövrlərində əhalinin sağlamlığını qorumağa imkan verəcəyini deyib. O həmçinin xəstəliklərə nəzarət və erkən xəbərdarlıq sistemlərində qlobal əməkdaşlığı gücləndirməyin vacibliyini diqqətə çatdırıb.
Məlumat və qabaqcıl təcrübələri paylaşmaqla epidemiyaların vaxtında aşkarlanacağını, onlara daha tez reaksiya verilə biləcəyini deyən K.Nurullayeva qeyd edib ki, yoluxucu xəstəliklər haqqında aarifləndirməni təkmilləşdirmək, eləcə də səmərəli müalicə üsullarını inkişaf etdirmək üçün tədqiqatlara üstünlük verilməlidir. Bir sözlə, elmi əməkdaşlığı və tədqiqat nəticələrinin paylaşılmasını təşviq etməklə tibbi müdaxilələrin inkişafını sürətləndirmək, onlara ehtiyacı olanlara ədalətli çıxışı təmin etmək olar.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova