Bakı Baza Tibb Kollecində akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edilib

Bakı Baza Tibb Kollecində akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edilib

Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, tədbirdə Səhiyyə Nazirliyi İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva, 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim və tələbə heyəti, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları və digərləri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğunu vurğulayaraq bildirib ki, Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.
Sonra Milli Oftalmologiya Mərkəzinin əməkdaşı Nübar Həşimova və 2 nömrəli Bakı Baza Tibb Kollecinin “Göz xəstəlikləri” fənn müəllimi Aynur Səfixanova Zərifə xanımın həyat və yaradıcılığından geniş məruzələrlə çıxış ediblər.
Tədbir 2 nömrəli Bakı Baza Tibb Kolleci tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova