UNAIDS-in rəhbəri Azərbaycanın yoluxucu xəstəliklərlə mübarizəsini müsbət qiymətləndirir

UNAIDS-in rəhbəri Azərbaycanın yoluxucu xəstəliklərlə mübarizəsini müsbət qiymətləndirir

X Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru, BMT-nin Baş katibinin müavini xanım Vinni Byanyima arasında görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir ki, Qlobal Bakı Forumunda iştirak etdiyinə görə UNAIDS-in icraçı direktoruna təşəkkürünü bildirən Teymur Musayev Azərbaycanın BMT-nin aidiyyəti təsisatları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini vurğulayıb.
X Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən UNAIDS-in icraçı direktoru Forumun çox yüksək səviyyədə təşkil olunduğunu söyləyib. Vinni Byanyima Azərbaycanın QİÇS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova