Azərbaycan vərəmlə mübarizə sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir

Azərbaycan vərəmlə mübarizə sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir

Səhiyyə Nazirliyinin “Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi silsilə tədbirlər çərçivəsində nazirliyin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETAXİ) tərəfindən “Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyinin rəsmiləri, millət vəkilləri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin əməkdaşları, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş mütəxəssisləri, həmçinin ETAXİ-də, eləcə də ölkəmizin digər müəssisələrində vərəmlə mübarizə sahəsində çalışan həkim-ftiziatrlar və ilkin səhiyyə xidməti həkimləri iştirak ediblər.
Tədbir iştirakçılarına Professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və Azərbaycanın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edib: “Ümummilli Lider əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına xüsusi diqqət ayırırdı. Ulu Öndər uşaqlara qayğı ilə yanaşırdı. Onun “Uşaqlar bizim gələcəyimizdir” sözləri bir şüara çevrilmişdi. Bu gün Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev səhiyyə sahəsinin inkişafına xüsusi diqqət yetirir. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva uşaqların, yeniyetmələrin və anaların sağlamlığını səhiyyəmizin əsas prioritetlərindən biri kimi təyin edib”.
Keçirilən Beynəlxalq elmi-praktik konfransın təbabətin ən vacib sahələrindən birinə - uşaq və yeniyetmələrdə vərəmin profilaktikası mövzusuna həsr olunduğunu qeyd edən nazir müavini deyib: “Ölkədə uşaqlar və yeniyetmələr arasında vərəm xəstəliyinə yoluxma hallarında əvvəlki dövrlərlə müqayisədə son 10 ildə azalma müşahidə olunur. Yüz min uşaq əhalisinə düşən göstəricilərə görə, vərəm xəstəliyinə yoluxma halları 2,5 dəfədən çox azalıb. Bildiyiniz kimi, vərəmlə mübarizə qlobal məsələdir. Azərbaycan vərəmlə mübarizə tədbirlərini ən yaxşı təşkil edən ölkələrdən biridir. Ölkəmizdə ictimai sağlamlığın əsas məsələlərindən olan vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya qəbul edilib, ixtisaslaşmış tibb müəssisələri tikilib, müasir yanaşma tətbiq olunur. Eyni zamanda, ölkəmiz bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir”.
Tədbirdə çıxış edən ETAXİ-nin direktoru İradə Axundova qeyd edib ki, ölkəmizdə vərəm əleyhinə xidmət Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Vərəm Proqramı Mərkəzi tərəfindən aparılır. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində son 7 ildə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər (2016-cı ildə 100 min əhaliyə 38,9 vərəm halından 2022-ci ildə 100 min əhaliyə 28 vərəm halınadək azalma) müşahidə olunub. “Bu azalma tendensiyası ölkədə ümumilikdə epidemioloji proseslərin stabilləşməsini göstərir”, - deyə institutun direktoru bildirib.
Beynəlxalq elmi-praktik konfransda Professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının direktoru Rəşid Bədəlovun, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş mütəxəssisləri Valentina Aksenovanın, Lyudmila Şovkun və digərlərinin məruzələri dinlənilib.
Elmi-praktik konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 8 DTT kredit balı ilə qiymətləndirilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova