Azərbaycanda vərəmlə mübarizədə son 10 il ərzində böyük uğurlar əldə olunub

Azərbaycanda vərəmlə mübarizədə son 10 il ərzində böyük uğurlar əldə olunub

Səhiyyə Nazirliyinin, Ölkə Əlaqələndirmə Komissiyasının (CCM), Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun və Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının birgə təşkilatçılığı ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, tədbirdə əvvəlcə “Stop TB Partnership” təşkilatının icraçı direktoru xanım Luçika Ditiunun konfrans iştirakçılarına ünvanladığı videomüraciət dinlənilib. Müraciətdə vərəmin hazırda dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlik olduğu qeyd edilib: “Hələ də hər gün 4000-4500 nəfər insan vərəmdən dünyasını dəyişir, onlardan 700-ü uşaqlardır. Vərəm hava yolu ilə ötürülən xəstəlikdir. Biz bütün səylərimizi birləşdirərək 2030-cu ilədək vərəmi tamamilə ləğv edə bilməsək də, ona son qoya bilərik, yoluxmanı dayandıra bilərik. Əminəm ki, Azərbaycan 2030-cu ilədək öz insan və maliyyə resurslarını səfərbər edərək vərəmə son qoymağı bacaracaq”.
Səhiyyə sahəsində ölkəmizin uğurlarını qeyd edən səhiyyə nazirinin müavini Nadir Zeynalov vurğulayıb ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb. N.Zeynalov həmçinin ölkəmizdə vərəmlə mübarizə sahəsində də vacib addımlar atıldığını və beynəlxalq platformalarda bir çox ölkələrə nümunə olduğunu qeyd edib.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov bildirib ki, ölkəmizdə həm dövlət, həm qeyri-dövlət təşkilatlarının birgə səyi nəticəsində vərəmlə mübarizədə son 10 il ərzində böyük uğurlar əldə olunub və Azərbaycan beynəlxalq əməkdaşlıq platformalarından uğurla istifadə edir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova