FHN rentgen və kompüter tomoqrafiyası müayinələrinin təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

FHN rentgen və kompüter tomoqrafiyası müayinələrinin təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

Əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizəsi məqsədilə, ölkə ərazisində ionlaşdırıcı şüa mənbələrinin istifadəsi ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların radiasiya təhlükəsizliyini təmin etməsi Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən müntəzəm şəkildə nəzarətdə saxlanılır.
FHN-in mətbuat xidmətindən bildirildiyinə görə, bu çərçivədə müvafiq fəaliyyət növünə aid edildiyi üçün ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına “xüsusi icazə” tələb olunur. Belə icazələr ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına dair tələblər təmin edildiyi halda verilir.
Qeyd olunub ki, tibb müəssisələrində mövcud olan rentgen və kompüter tomoqrafiyası aparatları belə qurğulara aid olduğuna görə, yalnız “xüsusi icazə”si olan müəssisələrin təqdim etdikləri bu tibbi xidmətlər təhlükəsiz və etibarlı hesab olunur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, nazirlik əhaliyə müraciət edib. FHN radiasiya təhlükəsizliyinin təmin edilməsi və sağlamlığın qorunması məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız müvafiq “xüsusi icazə”yə malik tibb müəssisələrinə müraciət edilməsini tövsiyə edir. Belə icazələr verilmiş tibb müəssisələrinin siyahısı ilə nazirliyin rəsmi internet portalında tanış olmaq, yaxud belə icazənin mövcudluğunu sübut edən müvafiq sənədi bu kimi tibbi xidmət üçün müraciət edilən tibb müəssisəsindən tələb etmək olar.
Həmçinin FHN bir daha xatırladır ki, tibb müəssisələri ionlaşdırıcı şüa mənbələri olan qurğulardan yalnız qanunvericiliyə uyğun olaraq “xüsusi icazə” əsasında istifadə edə bilərlər. Əks halda, həmin müəssisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova