Oftalmoloji aksiyalarda 225 nəfər müayinə olunub

Oftalmoloji aksiyalarda 225 nəfər müayinə olunub

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində tibbi aksiyalar təşkil olunub.
Bu tədbirlərdən biri Bakının Ramana qəsəbəsindəki sosial binalarda yaşayan şəhid və qazi ailələri üçün həyata keçirilib.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildirilib ki, aksiya çərçivəsində 105 nəfər müayinə olunub. Milli Oftalmologiya Mərkəzinin həkimləri Lalə Məmmədova, Natəvan Əliyeva, rezident Emin Ərəbov və digər işçi qrupu üzvləri tərəfindən aparılan müayinələr zamanı refraksiya patologiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkarlanıb.
Aksiyanın keçirilməsində məqsəd görmə patologiyalarını erkən aşkarlamaq, əhalini operativ şəkildə müayinə və müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdən ibarətdir.
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikasının akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş digər aksiyası ADA Universitetində keçirilib. Burada universitetin tələbələri və müəllim heyəti üçün müayinə aksiyası və seminar təşkil olunub.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, seminarda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Sona İbrahimova, ADA Universitetinin təşkilat nümayəndəsi Mehdi Hüseynov və universitetin əcnəbi tələbəsi Ceyms Ezimoha çıxış ediblər.
Aksiya çərçivəsində 120 nəfər müayinə olunub, onların 95-də refraksiya patologiyası aşkar edilib. Müayinə edilənlərin bəzilərinə presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar qoyulub.
Müayinələri Mərkəzin həkimləri Sona İbrahimova, Nuranə Nuriyeva, rezident Cəmilə Qasımova və başqaları aparıblar.
Beləliklə, iki aksiyada cəmi 225 nəfər müayinə olunub və həkim məsləhətləri alıb.
Xatırladaq ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən ölkə əhalisinə yerlərdə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar Klinika təşkil edilib. Bu mobil klinika paytaxtda və ölkənin bir çox rayon və şəhərlərində aksiyalar keçirir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Bununla yanaşı, 2018-ci ildən Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı da fəaliyyətə başlayıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova