Müharibə veteranlarına tibbi xidmət göstərən psixiatrlar üçün təlimlər keçirilir

Müharibə veteranlarına tibbi xidmət göstərən psixiatrlar üçün təlimlər keçirilir

Səhiyyə Nazirliyi müharibə veteranlarına tibbi xidmət göstərən psixiatrlar üçün təlimlər keçirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tibb mütəxəssisləri üçün təşkil olunan təlimlərdə Müdafiə Nazirliyinin Tibb İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Respublika Psixiatriya Xəstəxanasının, Psixi Sağlamlıq Mərkəzinin, həmçinin ölkənin müxtəlif şəhər və rayonlarından psixiatriya xəstəxanalarının və psixonevroloji dispanserlərin psixoloq və psixiatrları iştirak ediblər.
Təlimçi qismində Türkiyədən Ankara Universiteti Gülhanə Tədris və Araşdırma Xəstəxanası Psixiatriya bölümünün müəllimi professor Bülent Devrim Akçay cəlb olunub.
Türkiyəli mütəxəssis 7 günlük təlim müddətində hərbi psixiatriyanın əsas prinsipləri, psixiatriyada müalicə metodları, mənəvi travma konsepsiyası, posttravmatik stres pozuntusu və digər mövzular üzrə təcrübəsini yerli mütəxəssislərlə paylaşıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova