Səhiyyə Nazirliyinin əməkdaşları İsveç və Danimarkada tədris turunda iştirak ediblər

Səhiyyə Nazirliyinin əməkdaşları İsveç və Danimarkada tədris turunda iştirak ediblər

Azərbaycanda infeksiyalara nəzarətin artırılması və mövcud vəziyyətin təkmilləşdirilməsi məqsədilə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin işçilərindən ibarət İnfeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN) və Antimikrob rezistentlik (AMR) məsələləri üzrə işçi qrupu yaradılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, bu istiqamət üzrə icra olunan layihələr çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi İPİN və AMR barədə xarici ölkələrin təcrübəsinin, təşkilatın son tövsiyələrinin öyrənilməsi məqsədilə İPİN işçi qrupunun İsveç və Danimarkaya tədris turunu təşkil edib.
Tur zamanı İsveçin Stokholm şəhərində yerləşən İctimai Səhiyyə Agentliyinə və ÜST-nin Əməkdaşlıq Mərkəzinə, eyni zamanda, ÜST-nin Danimarkanın paytaxtı Kopenhagendə yerləşən regional ofisinə səfər təşkil olunub. Görüşlərdə İPİN və AMR işinin təşkili ilə bağlı təcrübə mübadiləsi aparılıb, aidiyyəti üzrə İsveç və Danimarka təcrübəsi barədə məlumatlar verilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdə İPİN və AMR işinin təşkili ilə bağlı məlumat verilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova