ATU-da təcili tibb təhsili üzrə kurasiya proqramı fəaliyyətə başlayacaq

ATU-da təcili tibb təhsili üzrə kurasiya proqramı fəaliyyətə başlayacaq

Bu il Azərbaycan Tibb Universitetində (ATU) təcili tibb təhsili üzrə ölkənin ilk kurasiya proqramı fəaliyyətə başlayacaq. Proqramın kurikulumunun hazırlanması üçün Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan ofisinin (USAID/Azerbaijan) dəstəyi ilə keçirilən 3 günlük seminar yekunlaşıb.
ATU-dan bildirildiyinə görə, seminarda səhiyyə nazirinin müavini Nadir Zeynalov, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri, ATU-nun müxtəlif kafedralarından rəhbər nümayəndələr və təcili tibbi yardım xidmətləri üzrə seçilən həkim qrupunun üzvlərindən ibarət 33 ekspert 4 işçi qrupu tərkibində bacarıq əsaslı kurikulumun yaradılması üçün müzakirələr aparıblar. Proqram ambulans və xəstəxanalarda yüksək səviyyəli təcili tibbi yardım üçün gərəkli insan resurslarını gücləndirməyə xidmət edəcək.
Qeyd edilib ki, seminar USAID-in maliyyə dəstəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və ATU-nun əməkdaşlığı ilə həyata keçirilən “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas fəaliyyət istiqamətlərindən biri kimi təcili tibbi yardım sisteminin gücləndirilməsinə dəstək olmağa davam ediləcək.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova