Azərbaycanda doğuşayardım xidmətinin vəziyyəti müzakirə edilib

Azərbaycanda doğuşayardım xidmətinin vəziyyəti müzakirə edilib

Səhiyyə Nazirliyində bu ilin 11 ayı ərzində Azərbaycanda doğuşayardım xidmətinin vəziyyəti ilə bağlı kollegiya iclası keçirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələrinin iştirakı ilə keçirilən müştərək kollegiya iclasında dövlət və özəl doğuşayardım tibb müəssisələrinin səlahiyyətli nümayəndələri bu sahədə vəziyyəti müzakirə ediblər.
Nazirliyin mətbuat xidməti xəbər verib ki, səhiyyə nazirinin müavini İlqar Qasımovun sədrliyi ilə keçirilən iclasda səhiyyənin prioritet sahələrindən olan ana və uşaqların sağlamlığı sahəsində qəbul olunmuş dövlət proqramları çərçivəsində görülən işlərdən danışılıb, ana və uşaq ölümü səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına nail olunduğu bildirilib.

Toplantıda Səhiyyə Nazirliyinin hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə komissiyasının sədri Nigar Axundova, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov və nazirliyin anesteziologiya və reanimasiya üzrə mütəxəssis-eksperti İsrayıl Məhərrəmbəyli məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, ölkəmizdə səhiyyə sistemində mühüm islahatlar həyata keçirilir, icbari tibbi siğorta tətbiq olunur. Yeni sistemə keçidin müzakirəsi zamanı bildirilib ki, Səhiyyə Nazirliyinın mütəxəssisləri baş vermiş ana ölümlərinin təhlili nəticəsində doğuşayardım xidməti sahəsində bir sıra nöqsan və çatışmazlıqların da olduğunu müəyyən ediblər.
İclasın yekununda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri olan texniki tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova